Ermənistanın baş naziri Nikol Paşinyan KTMT və Rusiya ilə bağlı ritorikalarını yenidən artırıb. Bununla paralel Qərblə yaxınlaşmaq üçün rəsmi İrəvan yeni cəhdlər edir.
Bütün bu proseslər Ermənistana yaxın perspektivdə nə vəd edir?
Bu və digər suallara cavab almaq Bizim.Media Xəzər(Rusiya) Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko ilə həmsöhbət olub.
Həmin müsahibəni təqdim edirik:
- İqor Yuriyeviç, Paşinyan yenidən KTMT ilə bağlı sərt bəyanatlar verir. Sizcə Rusiyanın bu açıqlamalara münasibəti necə olacaq?
- Müşahidələr göstərir ki, Rusiya Ermənistanın qeyri-dost açıqlamalarına və addımlarına soyuqqanlılıq göstərir. Xüsusən də, Paşinyanın KTMT-dən yaxın zamanda çıxacaqları barədə bəyanatına rəsmi Moskva ciddi reaksiya vermədi. Siyasi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu sakitlik Kremlin Paşinyana öz məsuliyyətsiz çıxışlarına və Rusiyaya qarşı qeyri-dost münasibət bəsləməsinə yenidən baxmaq şansı verir. Yəqin ki, Rusiya rəsmiləri hesab edir ki, Ermənistanın siyasi rəhbərliyi öz məsuliyyətini lazımınca dərk etmir. Ona görə də hələlik qəti və son söz deyilmir. Əgər hadisələr bu cür inkişaf edərsə və Ermənistan KTMT-dən çıxmaq barədə qəti qərar verərsə, o zaman Paşinyan özünü güllə qabağına atmış olacaq.
- Paşinyanın Belarus və prezident Aleksandr Lukaşenko haqqında son açıqlamaları barədə nə deyə bilərsiniz?
- Bəri başdan deyim ki, Paşinyanın Belarus və onun prezidenti Aleksandr Lukaşenko haqqında məsuliyyətsiz fikirləri heç bir etiket qaydalarına sığmır. Xüsusən də, onun “nə qədər ki, Lukaşenko Belarusun prezidentidir, nə mən, nə də Ermənistanın hər hansı bir rəsmisi Minskə ayaq basacaq” təhdidi artıq bütün sərhədləri aşdı. Yəqin ki, bu cavabsız qalmayacaq…
- Rəsmi İrəvan yenidən Qərbə üz tutdu…
- Bəli, Paşinyanın öz komandasına Qərblə münasibətləri daha dərinləşdirmək haqqında göstərişi və ABŞ-la strateji tərəfdaşlıq qurmaq cəhdləri göstərir ki, rəsmi İrəvan Qərbin Ermənistanın gündəlik həyatında iştirakında çox maraqlıdır. Bu isə təkcə Ermənistanı yox, bütövlükdə Qafqazı narahat edəcək məsələdir. Belə vəziyyətə əsas sual odur ki, Paşinyanı ən son xətasından çəkindirmək üçün nə etmək lazımdır? Məncə, Paşinyanın son səhvi isə həm KTMT-yə, həm də Rusiyaya qarşı münasibətdəki hər hansı bir məsuliyyətsiz hərəkəti ola bilər.
- Ermənistan KTMT-dən çıxarsa, hansı reallıqla üz-üzə qalacaq?
- Hazırda bu məsələ ilə bağlı bir çox suallar açıq qalır. Amma dəqiq bilinən bir məsələ var ki, əgər Ermənistan KTMT-dən çıxsa və Rusiya ilə hərbi əməkdaşlığı dayanıdırsa, onda bu Paşinyanın faciəvi siyasi sonu ola bilər. Paşinyan unudur ki, İrəvanın küçələrində hər gün minlərlə revanşist etiraz mitinqi keçirir. Ona görə də Paşinyan növbəti səhvi Ermənistanda vətəndaş qırğınına və müharibəyə səbəb olar. Bu müharibə isə Ermənistanin dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxarar. Ən az itki isə Zəngəzurun Ermənistandan ayrılması ola bilər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:04 / 16.06.2024
Korotçenko: “Ermənistan KTMT-dən çıxsa, Paşinyanı faciəvi sonluq gözləyir” – MÜSAHİBƏ
Hazırda oxunan: Korotçenko: “Ermənistan KTMT-dən çıxsa, Paşinyanı faciəvi sonluq gözləyir” – MÜSAHİBƏ
Hazırda oxunan: Korotçenko: “Ermənistan KTMT-dən çıxsa, Paşinyanı faciəvi sonluq gözləyir” – MÜSAHİBƏ
197316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.