Bakıda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin mətbuat xidmətinin və Gürcüstan Müdafiə Nazirliyinin strateji kommunikasiyalar və ictimaiyyətlə əlaqələr departamentinin nümayəndələri arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib.
Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışılıb.
Sonra nümayəndə heyətinə Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlərlə bağlı brifinq təqdim edilib.
Görüşdə, həmçinin hər iki ölkə ordusunda strateji kommunikasiya işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:16 / 12.06.2024
Azərbaycan və Gürcüstan arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi APARILDI
Hazırda oxunan: Azərbaycan və Gürcüstan arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi APARILDI
Hazırda oxunan: Azərbaycan və Gürcüstan arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi APARILDI
197024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.