Kanada Azərbaycanla mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq edəcək

Kanada Azərbaycanla mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq edəcək

Hazırda oxunan: Kanada Azərbaycanla mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq edəcək

196813

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizdə səfərdə olan Kanada Xarici İşlər Nazirliyinin Arktika, Avrasiya və Avropa İşləri üzrə baş direktoru Robert Sinkler və Kanadanın Türkiyə Respublikası, eləcə də Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliyinin ikinci katibi Holy Vayt ilə görüş keçirib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi, mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar, eləcə də mina təhlükəsi ilə mübarizə sahəsində görülən işlər barədə qarşı tərəfə məlumat verib.

Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsasən ölkəmizin daxili resursları hesabına həyata keçirildiyini vurğulayan Samir Poladov minaların törətdiyi humanitar fəsadların aradan qaldırılması və mina təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq dəstəyin zəruri olduğunu diqqətə çatdırıb.
Robert Sinkler mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dəstəklənməsinin Kanada üçün qlobal prioritet məsələ olduğunu vurğulayıb. O həmin fəaliyyət sahəsi daxil olmaqla bir çox istiqamətlərdə ölkəmizlə əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO