Xəbər verdiyimiz kimi iyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Bizim.Media xəbər verir ki, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edilib.
Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:32 / 10.06.2024
İlham Əliyev Ərdoğanla Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı MÜZAKİRƏLƏR APARIB
Hazırda oxunan: İlham Əliyev Ərdoğanla Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı MÜZAKİRƏLƏR APARIB
Hazırda oxunan: İlham Əliyev Ərdoğanla Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı MÜZAKİRƏLƏR APARIB
196643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.