“Bunun mənə dəxli yoxdur. Mən Salyan üzrə seçilmişəm. Başçısı da yüksək səviyyədə işləyir”
Bu sözləri Bizim.Media ilə söhbət zamanı REAL Partiyasının liderinin bəzi deputatları istefaya çağırmasına münasibət bildirən millət vəkili Fəzail Ağamalı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“İcra başçıları həbs edilən rayonların deputatları istefa versin” - İlqar Məmmədov
Milli Məclisin rəsmi saytında Salyan-Neftçala seçki dairəsi üzrə seçildiyi göstərilən Ana Vətən Partiyasının sədri İlqar Məmmədovun sözlərini “ağlına gələn” çıxış adlıandırıb:
“Millət vəkili icra başçısı ilə ortaq olub? Bəlkə rüşvətxorluqda onunla bərabər iştirak edib”
Fəzail Ağamalı “Deputat neyləyib ki” sözləri ilə ikinci sualımıza “adboy” verdi.
Qeyd edək ki, Neftçalanın eks icra başçısı İsmayıl Vəliyev də DTX-nın xüsusi əməliyyatından sonra istefaya göndərilən rayon rəhbərlərindəndir.
REAL partiyasının sədri “Facebook” statusunda bildirib ki, “Həbs edilən icra baçılarının sayı artır, amma o rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir”.
Bizim.Media