“Qərb Gürcüstana yardımları kəsəcək, sonra isə...” – Zərdüşt Əlizadə

“Qərb Gürcüstana yardımları kəsəcək, sonra isə...” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Qərb Gürcüstana yardımları kəsəcək, sonra isə...” – Zərdüşt Əlizadə

196174

“Gürcü arzusu” hökumətinin “xarici agentlər haqqında” qanunu qəbul etməsindən sonra Qərb Gürcüstandan qisas almağa başlayıb.

Belə ki, ABŞ başda olmaqla Qərb Tiflisə qarşı sanksiyaların tətbiqinə start verib. 

Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Vaşinqtonun “Gürcü Arzusu” partiyasının üzvlərinə, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və fərdi şəxsləri əhatə edən viza məhdudiyyətlərinin ilk dalğasını elan edib. O bildirib ki, viza məhdudiyyətlərinin birinci dalğası 24-34 nəfəri əhatə edir. 

Dövlət katibi Entoni Binken isə bildirib ki, viza məhdudiyyətləri Gürcüstanda demokratiyaya xələl gətirilməsinə görə məsul olan şəxslərə və onların ailə üzvlərinə şamil olunacaq. 

Hətta qeyd edilir ki, Vaşinqton Gürcüstanda qəbul edilən "xarici təsir haqqında" qanunla bağlı əlavə tədbirlər görməyə də hazırdır.

Bu fonda maraqlıdır, Tiflisi başqa hansı “cəza”lar gözləyir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Qərb mövcud vəziyyətdə Tiflisə qarşı siyasi, iqtisadi, təhsil və digər sahələr üzrə sanksiyalar tətbiq edəcək:

“Görünən odur ki, Qərb sözün həqiqi mənasında Gürcüstana qarşı sanksiyalara başlayır. Bu fonda Qərb növbəti addım olaraq, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası barədə namizədlik danışıqlarını dayandıra bilər. Bunun baş verməsi Tiflis hakimiyyəti üçün ciddi cəza hesab olunacaq. Belə bir addımın atılması seçkilər ərəfəsində mövcud hakimiyyətlə Avropa İttifaqına üzv ola bilməyəcəkləri barədə əhaliyə yönəldilən açıq siqnaldır. 
Bundan başqa, “Gürcü arzusu” hakimiyyətində təmsil olunan yüksək ranqlı məmurların Amerika və Avropada oxuyan övladlarını da geri göndərə bilərlər. İqtisadi sahədə aparılan danışıqlar da dayanacaq. Gürcüstana Qərbdən heç bir kredit, yardım, dəstək verilməyəcək. Bunun özü Tiflis üçün ciddi cəza olacaq. Çünki Gürcüstanın gəlir mənbələri məhduddur. Qərb Tiflisi cəzalandırmaq üçün bu cür sərt təpki alətlərindən istifadə edə bilər”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO