İsraildə Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı baş verən faciəvi qəza bizi çox kədərləndirdi.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
“Bu faciəvi hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə qeyd olunub.
Qeyd edək ki, İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 38 nəfər ölüb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:04 / 30.04.2021
Rəsmi Bakı İsrailə başsağlığı verdi
Hazırda oxunan: Rəsmi Bakı İsrailə başsağlığı verdi
Hazırda oxunan: Rəsmi Bakı İsrailə başsağlığı verdi
19616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.