Omana yeni səfir təyin olunan Rəşad İsmayılov kimdir? – DOSYE

Omana yeni səfir təyin olunan Rəşad İsmayılov kimdir? – DOSYE

Hazırda oxunan: Omana yeni səfir təyin olunan Rəşad İsmayılov kimdir? – DOSYE

196020

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Rəşad İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bizim.Media Rəşad Fail oğlu İsmayılovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Omandakı səfiri geri çağırıldı – YENİ TƏYİNAT


Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda anadan olub. O, 1981–1991-ci illərdə təhsil aldığı Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla, 1991-1996-cı illərdə təhsil aldığı Bakı Dövlət Universitetinin hüquq fakültəsini əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsində təhsilini davam etdirib.

2000-2003-cü illərdə Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. 2003–2005-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin "Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı "nın layihə rəhbəri vəzifəsində çalışıb.

Rəşad İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub. O, 2018-2022-ci illərdə Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

Evlidir,iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO