Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib

Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib

Hazırda oxunan: Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib

195870

İyunun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Marek Pravda ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin, xüsusilə iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, təhsil, humanitar sahələr üzrə əməkdaşlığın inkişafında bu kimi səfərlərin, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin vacib rolu olduğunu vurğulayıb.

İki ölkə arasında ticarət dövriyyəsinin bu sahədə mövcud potensiala mütənasib olaraq artırılmasının, həmçinin iqtisadi-ticari sahədə perspektivlərin müzakirəsi baxımından Azərbaycan ilə Polşa arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd edilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində görülən işlər və gələcək planlar barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində Polşa tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar olduğunu bildirib.
Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında normalaşma prosesindən bəhs edərək, bölgədə sülh quruculuğu üçün münbit şəraitin mövcud olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha sonra Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin və Polşa nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO