Aprelin 28-də ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etməsi Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Bizim.Media xəbər verir ki, Türkiyə mediası sözügedən telefon danışığında müzakirə olunan məsələləri türkdilli ictimaiyyətə ayrı-ayrı tezislər şəklində manşet materialı kimi təqdim edib.
Anadolu, İHA xəbər agentlikləri, “TRT haber”, “TRT Avaz”, “Haber türk”, “A haber”, “Haber global” telekanalları, “Hürriyyət” “Sabah”, “Akşam”, “Star”, “Milli gazete” və digər qəzetlər daxil olmaqla ölkənin aparıcı media quruluşları tərəfindən sürətlə yayılan məlumatda vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyev bu günlərdə ABŞ Prezidentinin saxta “erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan rəhbərliyi və ictimaiyyətində narahatlıq yaratdığını dövlət katibinin diqqətinə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:42 / 29.04.2021
İlham Əliyevin “erməni soyqırımı” ilə bağlı ABŞ-a etirazı TÜRKİYƏ MEDİASINDA - FOTOLAR
Hazırda oxunan: İlham Əliyevin “erməni soyqırımı” ilə bağlı ABŞ-a etirazı TÜRKİYƏ MEDİASINDA - FOTOLAR
Hazırda oxunan: İlham Əliyevin “erməni soyqırımı” ilə bağlı ABŞ-a etirazı TÜRKİYƏ MEDİASINDA - FOTOLAR
19496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.