Finlandiya Prezidenti:

Finlandiya Prezidenti: "COP29-da iştirak etməyi səbirsizliklə gözləyirəm"

Hazırda oxunan: Finlandiya Prezidenti: "COP29-da iştirak etməyi səbirsizliklə gözləyirəm"

194882

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza firavanlıq, tərəqqi arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, 2024-cü il noyabrın 12-13-də Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinə dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Mən Sizin dəvətinizi məmnunluqla qəbul etmişəm və COP29-da iştirak etməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO