Əli Nağıyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO

Əli Nağıyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO

Hazırda oxunan: Əli Nağıyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO

19394

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, görüşlərdə təhlükəsizlik əməkdaşlığının əsas sahələri müzakirə edilib və Gürcüstan və Azərbaycan təhlükəsizliyi xidmətləri arasında sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

İclasda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq İdarəsinin rəisi Tağı Eynulayev və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO