Sabah Azərbaycan ərazisinə yağış yağacaq

Sabah Azərbaycan ərazisinə yağış yağacaq

Hazırda oxunan: Sabah Azərbaycan ərazisinə yağış yağacaq

19263

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gündüz arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO