Binəli Yıldırım Naxçıvana getdi

Binəli Yıldırım Naxçıvana getdi

Hazırda oxunan: Binəli Yıldırım Naxçıvana getdi

1926

Noyabrın 3-də Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gedib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Ali Məclisinin Sədri Vasif Talıbov Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasına səfəri bir millətin iki dövlətinin göstəricisi kimi dəyərləndirən Ali Məclisin qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirib.

Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edib:

Qarabağın işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşan bütün əsgərlərimizə qələbə arzulayır, şəhidlərimizə Allahdan rəhmət, yaralananlara cansağlığı diləyirəm. Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri vardır.

Naxçıvan Anadolunun türk dünyası ilə əlaqəsi olan önəmli muxtar respublikadır. Biz Naxçıvanı türk dünyasına açılan qapı olaraq görürük - deyə Binəli Yıldırım bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO