Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bu barədə rəsmi “X” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Slovakiyada hökumət binasında atışma: Baş nazir yaralandı - FOTO-VİDEO
“Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”, - deyə paylaşımda qeyd edilib.
Bizim.Media