“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham ƏIiyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin Nazirlər Kabinetinə “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:30 / 07.05.2024
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib - SƏRƏNCAM
Hazırda oxunan: İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib - SƏRƏNCAM
Hazırda oxunan: İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib - SƏRƏNCAM
190940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.