Ukraynanı gözləyən DƏHŞƏTLİ SONLUQ - “Qərb və Rusiya danışıqlara getməsə...”

Ukraynanı gözləyən DƏHŞƏTLİ SONLUQ - “Qərb və Rusiya danışıqlara getməsə...”

Hazırda oxunan: Ukraynanı gözləyən DƏHŞƏTLİ SONLUQ - “Qərb və Rusiya danışıqlara getməsə...”

190715

Rusiya ilə Qərbi Avropa ölkələri arasında dialoq o zaman baş verə bilər ki, onlar onu maraqlar balansını qoruyaraq aparmağa hazır olsunlar, lakin hələlik bunun üçün heç bir zəmin yoxdur.

Əksinə, gərginlik gün keçdikcə daha da artır. Belə ki, Fransanın Ukraynaya öz qüvvələrini göndərməsi Kremlin sərt reaksiyasına səbəb olub. Hətta Rusiya Təhlükəsizlik Şurasının katibi Dimitri Medvedev Qərbi nüvə silahına əl atmaqla təhdid edib.  

Maraqlıdır, bu gedişatın sonu necə olacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Medvedev Vaşinqton, London və Parisi HƏDƏLƏDİ: “Zərbə endiriləcək” 


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Qərblə Rusiyanın arasında anormal münasibətlər hökm sürür:

“Çünki onların arasında çox böyük dağıdıcı potensial dayanır. Həm Qərb, həm də Rusiya nüvə başlıqlarının istifadəsi ilə bağlı fikirlər səsləndirir. Ukraynada çox qanlı, ağrılı gələcəklə bağlı bədbin gözləntiləri qidalandıran proseslər gedir. Bunların sonu çox böyük bir faciə ilə bitə bilər. Ən dəhşətli sonun reallaşmaması üçün dialoq bərpa edilməlidir. 

Burada bir məqam var.

Qərb tərəfi Rusiyanı II Nikolayın dövründə belə özünün xammal ehtiyatı kimi dəyərləndirirdi, Rusiyaya hər zaman ikinci dərəcəli toplum kimi baxırdılar. İndiyə qədər də bu münasibət dəyişməyib. Sovet illərində Qərbi lərzəyə gətirən keçmiş Qırmızı imperiyanın dağıdıcı potensialı idi. 

Ukrayna hadisəsindən sonra Qərb açıq-aşkar öz nifrətini bildirir. Qərb heç də gizlətmir ki, onun əsas hədəfi Rusiyanı dağıtmaqdır. Rusiyanın siyasi rəhbərliyi gözəl anlayır ki, nələr baş verir”. 

“Rusiya dialoqun aparılmasına daha çox hazırdır”

O əlavə edib ki, dövlət rəhbərləri xüsusi kanallarla, kəşfiyyat orqanlarının vasitəsilə daha dəqiq məlumatları əldə edirlər və anlayırlar ki, bu ərəfədə dialoqun bərpası və yaxınlaşma üçün zəmin sıfır səviyyəsindədir:

“Bu məsələlərin hamısında həm Qərb, həm də Şərq kompromislərə uyğunlaşmalıdılar. Digər tərəfdən özləri də anlamalıdır ki, vəziyyət belə qala bilməz. Hücum mövqeyində olan Qərbdir.

Çünki Ukrayna əməliyyatlarına görə Rusiyanı ittiham edirlər. Buna əsasları var. Amma məsələ burasındadır ki, vəziyyət belə davam edə bilməz. Qərb Ukraynanın cibindən xərcləyərək Rusiyanı zəiflətməyə çalışır, qarşıdurma cəbhəsinin uzadılmasını təmin etməyə səy göstərir. Hazırda Rusiya dialoqun aparılmasına daha çox hazırdır, nəinki Qərb. Qərb öz çəpərini çəkməlidir, hirsini bir az cilovlamalıdır. Bu olarsa, danışıqlar başlaya bilər”.

Məhərrəm Əliyev, Bizim.Media  

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO