Ukraynanın erməni mənşəli nazirindən 24 aprel TƏXRİBATI - FOTO

Ukraynanın erməni mənşəli nazirindən 24 aprel TƏXRİBATI - FOTO

Hazırda oxunan: Ukraynanın erməni mənşəli nazirindən 24 aprel TƏXRİBATI - FOTO

18963

Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakov 24 mart qondarma “erməni soyıqırımı” ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Bizim.Media xəbər verir ki, nazirin postunda tarixdə baş verməyən və ancaq ermənilərin uydurduqları yalan üzərində qurulan soyqırıma diqqət cəlb etmək üçün dəridən-qabıqdan çıxır.

“Bu gün 24 aprel erməni soyqırımı günüdür. Bu gün bütün dünya milliyyətçi və xristian olduqları üçün öldürülən milyon yarım erməninin xatirəsini yad edir”.

Yalanlarının girdabında iftiralarına doymayan Avakov, bir az da irəli gedərək böhtanlarının dərəcəsini artırır. Onun sözlərinə görə, bir gecənin içində Osmanlı imperiyası erməniləri soyqırıma məruz qoymaqdan başqa erməni millətinin liderləri sayıla biləcək rəssamları, elm adamlarını, filosofları, yazıçıları bir sözlə erməni millətinin intelektual təbəqəsini həbs edib.

Bundan başqa bütün erməni silahlı qüvvələri güllələnib, qoca, uşaq və qadınlar öz yerlərindən çıxarılaraq səhraya qovulublar. 

Ukrayna nazirin postu ilə erməniləri revanşist hisslərlə qidalandırmağı və digər millətlərə əsasən türklərə qarşı nifrət hissi aşılamağı açıq –aydın görünür. Bununla da ürəyi soyumayan Avakov iftiralarına davam edir. Yalan və böhtanlarını dünyaya həzm etdirmək üçün hər zaman yəhudi millətinə qarşı olan nifrət hisslərini gizlətməyən ermənilər, bu dəfə onları da özlərinə dərd ortağı çıxarmağa çalışıb.

Belə ki, Avakov 6 milyon yəhudinin qətlə yetirildiyi Holokostu erməni “soyqırımı” ilə müqayisə edib:

“Bu sizə heç nəyi xatırlatmır? Bəli, bu Holokostdur”.

Nazir böhtanlarına davam edir:

“Bəli, bu “soyqırım” ancaq ermənilərə qarşı törədilməyib. Bu bütün insanlıq üçün ağır dərsdir. Sonuncu BMT tərəfindən soyqırım kimi tanınan hadisə 1995-ci ildə baş verib. Ona görə erməni soyqırımının dünyada tanınması vacibdir. Heç olmasa 100 ildən sonra “soyqırımı” törədənlər dünya ictimaiyyəti tərəfindən cəzasını almalıdır”.

Avakov qondarma “ erməni soyqırımı” nın özləri kimi yalançı havadarlarının köməkliyi ilə Avropa Birliyinin əsas ölkələri də daxil olmaqla 30 ölkə və 29 region tərəfindən tanındığını da qeyd edir.

Daha sonra o, Ukraynanın Avropa Birliyini qanı bahasına qazandığını bu yolda da hər zaman tarix boyu “əziyyətlərə məruz qalan, zavallı” erməni millətinin əziyyət çəkdiyini vurğulayır. Belə ki, sən demə burada da da ilk ölən Ukrayna ermənisi Sergey Nigoyan olub.

Deyəsən, Avakov paylaşımında bir anlıq “soyqırımı” unudaraq ermənilərin hər zaman “ülvi niyyətlərə” xidmət etdiklərini, ermənisiz Ukraynanın təcavüzkarlarla baş aça bilməyəcəyini də qeyd etmək istəyib:

“Ölkənin şərqindəki təcavüzkarlarla mübarizədə, öz ölkəsi - Ukrayna uğrunda vuruşan ermənilər Silahlı Qüvvələrdə, Milli Qvardiyada, Daxili İşlər Nazirliyində, könüllü olaraq gözlərini həyata yumdular”.

Erməni əsilli nazir yazısının sonunda onu hind filmləri kimi daha dramatik etmək üçün bu sözlərlə bitirib:

“Erməni Soyqırımı zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək ...”
Sonda ermənilər dünyanın hansı yerində yaşayırlarsa yaşasınlar, hansı posta, ictimai statusa malik olurlarsa olsunlar onlar bir mərkəzdən kinlə, nifrətlə qidalandığını anlamaq heç də çətin deyil. Görünür ki, əsrlər keçsədə bu millət “erməni şizofreniyası”ndan heç vaxt qurtula bilməyib və bilməyəcək də...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO