“Azərbaycan inşaatçıları hələ də Baykal-Amur magistral xəttinin (BAM) yenidən qurulması və modernləşdirilməsində iştirak edirlər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə BAM-ın veteran inşaatçıları ilə görüşündə deyib.
Rusiya lideri avtomobil yolunun tikintisinə Ümumilli lider Heydər Əliyevin töhfəsini xatırladıb.
“BAM-ın tikintisi zamanı azərbaycanlı dizaynerlər və inşaatçılar stansiya kompleksləri olan iki kənd - Ulkan və Anqoya inşa eediblər və indi onlar Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur magistralının yenidən qurulması və modernləşdirilməsində iştirak edirlər.
Bizim.Media