Azərbaycanın sahib olduğu qızıl niyə ucuzlaşdı? - SƏBƏB

Azərbaycanın sahib olduğu qızıl niyə ucuzlaşdı? - SƏBƏB

Hazırda oxunan: Azərbaycanın sahib olduğu qızıl niyə ucuzlaşdı? - SƏBƏB

188449

Qızılın qiymətinin aşağı düşməsi səbəbindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) sahib olduğu qızılların dəyəri ikinci rübdə 343,4 milyon dollar düşüb.


Sfera.az bildirir ki, qızılların dəyəri birinci rübün sonunda 6,287 milyard dollar olduğu halda, ikinci rübün yekununda 5,944 milyard dollara enib.


Qızılın dəyərinin azalması “nəcib metal”ın ucuzlaşması ilə bağlıdır. Birinci rübün sonunda xalis qızılın qramı 61,76 dollar olduğu halda, ikinci rübün sonunda 58,38 dollar olub. Bu kiçik qiymət fərqi nəticəsində ARDNF-in qızıllarının dəyəri xeyli azalıb.


Qeyd edək ki, ARDNF 101,8 ton (101,8 milyon qram) qızıla sahibdir.


Vasif
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO