“Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürüldüyü iki ölkə arasında sərhədlərin delimitasiyası razılaşmasını alqışlayırıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel rəsmi “X” hesabında yazıb.
O qeyd edib ki, hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib:
“Bu addım bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:43 / 20.04.2024
Şarl Mişel: “Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq” - FOTO
Hazırda oxunan: Şarl Mişel: “Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq” - FOTO
Hazırda oxunan: Şarl Mişel: “Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq” - FOTO
188148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.