Zahid Oruc: “Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular”

Zahid Oruc: “Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular”

Hazırda oxunan: Zahid Oruc: “Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular”

187912

“Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Əgər tarixə qayıtsaq, I Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri-İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz  çöküb və qətlə yetirilən, devrilən xanlardan vəzirovlara qədər, 20 Yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əsl faktlar ÜZƏ ÇIXDI – Ukraynaya ordu göndərməkdən danışan Fransa Rusiyanın əsas tərəfdaşı imiş...


Deputat qeyd edib ki, 10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar Qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar: 

“Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri-azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər. 

“Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə”, deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar. Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın, riyakarlığa, bu mənfur tezisləri yayanların  yalnız bir məqsədi var - İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər. 

Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentayabrda  bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqilliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu”. 

Komitə sədri əlavə edib ki, Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar:

“Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO  orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər?
Son 30 ildə cəhbəçiliiyin və əli kərimliçiliyin çörək və siyasi ideologiyası-“Azərbaycan hakimiyyətini rus ordusu qoruyur” böhtanı bizi Zəfərlərə gətirən Heydər Əliyev kursunun, heç bir xarici hərbi qüvvənin olmadığı bir ölkə quran İlham Əliyevin qarşısında baş əyməyə, elə həmin rus hərbçilərinin ardınca ölkədən çıxıb getməyə qadirdilərmi? İndi bütün Qafqazın lideri Şeyx Şamildir, yoxsa, İlham Əliyev?

Xarici ordularla belə işləyərlər-cənablar! Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq!”.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO