İlham Əliyevin məktubu İsveçin baş nazirinə təqdim edildi

İlham Əliyevin məktubu İsveçin baş nazirinə təqdim edildi

Hazırda oxunan: İlham Əliyevin məktubu İsveçin baş nazirinə təqdim edildi

187873

2024-cü il aprelin 18-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İsveç Krallığının Baş naziri Ulf Kristerssona ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət məktubunu Baş Nazirin Ofisinə təqdim edib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, direktor müavini Elinor Blomberqlə keçirilmiş görüş zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə qarşı tərəfə məlumat verilib, eləcə də İsveç-Azərbaycan əlaqələri nəzərdən keçirilib.

Həmsöhbət dəvət məktubuna görə təşəkkürünü ifadə edərək onun yüksək ünvanına çatdırılacağını bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO