Fransa demokratik ideyaları məhv edir və demokratik dəyərləri ucuzlaşdırır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda aprelin 18-də parlamentdə keçirilən elmi konfransda səsləndirib.
“Bir həqiqət var ki, tarix hər şeyi öz yerinə qoyur. Sovet ittifaqının dağılması, Berlin divarının yıxılması və nəhayət Azərbaycanın 30 ildən sonra doğma torpaqlarını işğaldan azad etməsi tarixin hadisəsidir. Azərbaycan Vətən müharibəsində Zəfəri ilə bir çox mətləbləri dünyaya çatdırdı, maskaları yırtmağa müvəffəq oldu”, - deyə komitə sədri vurğulayıb.
O, Azərbaycanın bir sıra dünya ölkələri üçün nümunə hesab olunduğunu diqqətə çatdırıb və bildirib ki, vaxt gələcək, Yeni Kaledoniya xalqı da müstəqillik mübarizəsindən qalib çıxacaq və müstəmləkəçiliyə son qoyacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:18 / 18.04.2024
Səməd Seyidov: "Fransa demokratik ideyaları məhv edir"
Hazırda oxunan: Səməd Seyidov: "Fransa demokratik ideyaları məhv edir"
Hazırda oxunan: Səməd Seyidov: "Fransa demokratik ideyaları məhv edir"
187809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.