İranın Ermənistan qorxusunun PƏRDƏARXASI: “İkiüzlü yox, bir neçə üzlü dövlətdir”

İranın Ermənistan qorxusunun PƏRDƏARXASI: “İkiüzlü yox, bir neçə üzlü dövlətdir”

Hazırda oxunan: İranın Ermənistan qorxusunun PƏRDƏARXASI: “İkiüzlü yox, bir neçə üzlü dövlətdir”

186855

“Amerikanın planı Cənubi Qafqazda təlatümlər yaratmaqdır”. Bunu İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bildirib.

“Son günlərdə NATO başda olmaqla, Aİ və ABŞ Brüsseldə Qafqaz regionuna müdaxiləyə dair yeni planının yaradılması ilə bağlı qərar qəbul edib”, - deyə vurğulayan Vilayəti daha sonra qeyd edib:

“Bu plan regiondakı bəzi vasitəçilərin köməyinə əsaslanır. Ona əsasən region xalqlarının tarixi sərhədləri dağılacaq. Amerikalılar Xəzər dənizi və Mərkəzi Asiyada enerji resurslarına çıxış əldə etmək bəhanəsi ilə Rusiyanın cənubuna və ya İranın şimalına can atırlar. Başlanğıcdan bu planın bəzi regional tərəfdarları onu dəstəkləyiblər, lakin İslam Respublikası buna qarşı çıxıb.

İranı hələ də tanımayan ölkələri açıq şəkildə xəbərdar edirik: İslam Respublikası İranın təhlükəsizliyinə qəsd etmək niyyətində olan heç bir ölkə, təşkilat və ya birliyə bu ərazidə fəaliyyət göstərmək imkanı verməyəcək. Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir”.

Görünən odur ki, Xameneinin müşaviri NATO-nun Cənubi Qafqaza daxil olmaq planını sərt tənqid edib, lakin yenə də Ermənistana irad bildirməkdən çəkinib. 

Bəs görəsən, İran niyə ikiüzlülüyündən əl çəkmir?

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, İran heç vaxt ikiüzlülüyündən əl çəkməyəcək:

“Bu yaxınlarda İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin çıxışına qulaq asdım. O deyir ki, Cənubi Qafqaza Avropa ittifaqının girməsi doğru deyil. Amma başqa bir təklif də vermir. Xamenei neçə gündür ancaq İsraili hədələyir. Gücsüz dövlətlər həmişə danışırlar, amma heç nə etmirlər. Çünki İran bilir ki, İsrailə daş atsa, qarşılığı raketlə olacaq. 

Ermənistan artıq NATO-nu Cənubi Qafqaza gətirib. Ermənilər və farslar bir-birlərinə çox yaxındılar deyə bir şey danışmırlar. Üzdə bir fikir, arxada isə başqa fikir deyirlər. Bu məsələdə ikiüzlülükdən yox, bir neçə üzdən söhbət gedir. İslam dövləti 30 il işğal altında qalan Azərbaycan torpaqlarını yadından çıxarıb, Ermənistanı müdafiə edir. Ermənistan Almaniyanı, Fransanın təhlükəsizlik orqanlarının əməkdaşlarını şərti sərhədə yerləşdirib. Onlar təxribat üçün gəliblər. Azərbaycan bu təxribata gedən deyil. 

Məsələ ondadır ki, Fransa və Almaniya NATO-nun üzvüdür. Onlar dəstəkləyən qüvvələr də yavaş-yavaş çoxalır. Əvvəl 20 nəfər idi, indi 200 nəfəri keçib. Bir dövlətin ərazisində həmin dövlətin razılığı və dəvəti ilə hansısa xarici dövlətin hərbi təyinatlı qüvvələri mövcuddursa, bunun başqa adı yoxdur. Onlar orada möhkəmlənirlər. İran sərhədinə ona görə yaxınlaşa bilmirlər ki, oranı Rusiya sərhədçiləri qoruyur. Amma Azərbaycan sərhədində onlar bütün günü gəzirlər. Ona görə də İranın belə mövqe tutması onlara şöhrət gətirmir”. 

Politoloq qeyd edib ki, İran pərdəarxası Fransanın əlində oyuncaqdır: 

“Vaxtilə Xomeyni də uzun müddət Fransada oldu, daha sonra hakimiyyətə gəldi. İranın ABŞ başda olmaqla sözügedən ölkələrlə əlaqələri var”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO