Sergey Markov: “Azərbaycan rəhbərliyinin sərt bəyanatları ABŞ və Avropa İttifaqını  qorxuya salıb”

Sergey Markov: “Azərbaycan rəhbərliyinin sərt bəyanatları ABŞ və Avropa İttifaqını  qorxuya salıb”

Hazırda oxunan: Sergey Markov: “Azərbaycan rəhbərliyinin sərt bəyanatları ABŞ və Avropa İttifaqını  qorxuya salıb”

186724

Rusiyalı politoloq Sergey Markov AZƏRTAC-a müsahibə verib.

Bizim.Media  həmin müsahibəni sizə təqdim edir:

– Ermənistan tərəfinin canfəşanlığı ilə Nikol Paşinyanın ABŞ-ın dövlət katibi və Avropa Komissiyasının sədri ilə görüşü Azərbaycan, Rusiya və Türkiyə mediasında geniş rezonans doğurub. Hesab etmək olarmı ki, Ermənistan özünü tamamilə Qərbə satıb?

– Ermənistan rəhbərliyinin ABŞ və Avropa İttifaqı liderləri ilə görüşü bir neçə səviyyədə olub. Görüş bəyanatlar səviyyəsində əla keçdi: onlar bir-birlərinə sözün əsl mənasında kompliment yağışı yağdırdılar. Lakin konkret siyasi qərarlar səviyyəsində görüşün uğursuz olduğunu söyləmək olar. Axı proqnozlar var idi, əslində isə ABŞ və Avropa İttifaqı liderləri tərəfindən Qərbin Ermənistanın təhlükəsizliyinin qarantı olacağı, hansısa çərçivə sənədinin hazırlanacağı ilə bağlı bəyanat hazırlanırdı, amma heç bir bəyanat verilmədi. Ermənistanın təhlükəsizliyinə təminat verildiyindən danışıldı. Sülh sazişi əvəzinə hansısa barışıq ideyası da irəli sürülməli idi. Bu, təbii ki, yalnız Ermənistanın xeyrinədir. Bu da edilməyib. Beləliklə, Azərbaycan əleyhinə addımlar atılmayıb. Azərbaycan rəhbərliyinin qəti, sərt bəyanatları ABŞ və Avropa İttifaqının rəhbərliyini qorxuya salıb. Vaşinqtondan, Brüsseldən Bakıya Azərbaycan Pezidentinə zənglər oldu və o, o qədər qəti mövqe tutdu ki, ABŞ və Avropa İttifaqı daha da irəli getməyə qorxdu. Onlar açıq şəkildə Ermənistana xüsusi heç nə vəd etmədilər.

– Qərbin vədlərinin nə qədər təhlükəli olduğunu hamı yaxşı bilir. Nümunələr axtarmaq lazım deyil. Sizcə, Ermənistanın qərbyönlü istəkləri regionda vəziyyətin gərginləşməsinə gətirib çıxara bilərmi? Axı Ermənistan hətta görüş ərəfəsində şərti sərhədə qoşun yığmağa başladı...

– İndi Qərbin Cənubi Qafqazda ən mühüm məqsədi var; o, sülhün bərqərar olmasını deyil, Rusiyanı Qafqazdan çıxarmaq istəyir. Böyük dövlətlər regionda sabitliyi pozmağa çalışırlar. Təcrübəli imperialist yırtıcılar müxtəlif qüvvələr və alətlərlə manipulyasiya edərək, “parçala və hökm sür” prinsipi ilə hərəkət etməyə alışıblar. Qərb Cənubi Koreyaya, Almaniyaya, Yaponiyaya gələndə, bu ölkələr firavanlığa doğru irəlilədilər. İndi hər şey fərqlidir. Qərb İraqa, Əfqanıstana, Ukraynaya, Gürcüstana gəlib, bu ölkələri xaos vəziyyətinə salıb. Orada firavanlıq yoxdur.

Avropa İttifaqının digər strateji məqsədi öz ətrafında dost və asılı siyasi rejimlər kəməri yaratmaqdır. Aİ Gürcüstan və Ermənistan üzərində nəzarətini gücləndirmək və Azərbaycan üzərində nəzarəti bərqərar etmək üçün Ermənistandan Cənubi Qafqaza doğru marşrut kimi istifadə edəcək. ABŞ-ın digər mühüm məqsədi İrana qarşı gələcək müharibə üçün tramplin yaratmaqdır.

– Paşinyanın Qərb aktorları ilə görüşü regionda yeni ayırıcı xətlər yaradacaqmı? Qərb Ermənistan üçün yeni “təhlükəsizlik çətiri”nə çevriləcəkmi? Rusiya-Ermənistan münasibətləri ətrafında hadisələrin gələcək inkişafı ilə bağlı proqnozunuz necədir?

– Mən Paşinyanın görüşünün zahiri tərəflərini qeyd etdim. Ancaq başqa məqamlar da var. Hələlik tərəflərin hansı məxfi qərarlar qəbul etdiyi bəlli deyil. Qərbin Ermənistanla Rusiya arasında münasibətlərdə tam qopma nöqtəsinə qədər tədricən əngəllər yaradacağını deməyə əsas var. Qərbin bölgəyə daha çox inteqrasiya edəcəyi göz qabağındadır. Müxtəlif missiyalar vasitəsilə - mülki, polis, mülki-hərbi, iqtisadi mövcudluğu artırmaqla inteqrasiyadan söhbət gedir. Təbii ki, Qərb rus sərhədçilərini öz sərhədçiləri ilə əvəzləmək, onların nöqteyi-nəzərindən “rusiyapərəst polkovnik və generalların həddindən artıq çox olduğu Ermənistan ordusu”nun yüksək rütbəli zabitlərinə nəzarət etmək istərdilər. Təbii ki, onları öz tərəflərinə yönəltmək istəyirlər.

Beləliklə, konkret faktlar göstərir ki, ABŞ və Avropa İttifaqının Ermənistan vasitəsilə Cənubi Qafqaza gəlişi vəziyyəti ciddi şəkildə poza bilər.

Amma üçüncü - qapalı danışıqlar səviyyəsi də var idi. Güman etmək üçün bütün əsaslar var ki, orada, bu səviyyədə qapalı danışıqlar aparılıb, hansısa qərarlar qəbul edilib. Məncə, əlbirliyin ikinci mərhələsi ilə bağlı razılaşma kifayət qədər məqbuldur.

Əlbirliyin birinci mərhələsi iki il əvvəl Paşinyanın Makronla Parisdə görüşündə baş verdi və orada Ermənistanın Qərbə doğru getməsi, Qərbin isə ermənipərəst mövqe tutması barədə razılığa gəldilər. Həmin mərhələ keçdi və indi buna Fransa ilə yanaşı, başqa Aİ ölkələri və ABŞ qoşulur. Bütün bunlar kifayət qədər təhlükəli vəziyyət yaradır. Ermənistan əhalisi öz ölkələrinin Qərblə münasibətlərini inkişaf etdirmək istəyir, lakin bununla yanaşı, Rusiya ilə münasibətləri kəsməklə Qərbin, kobud desək, Ermənistanı quru yerdə tərk edəcəyindən ehtiyatlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO