“Mən dəqiq deyə bilərəm ki, Rusiyanın siyasi və hərbi elitasının Ermənistan, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları danışıqlarından gözləntiləri olduqca mənfidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko “İctimai Televiziyaya” (İctimai TV) müsahibəsində deyib.
O qeyd edib ki, bu ilk növbədə mövcud vəziyyətin təhlili ilə bağlıdır.
“Belə bir anlayış var ki, Paşinyan Qərbə tərəf çevrilib. Bu, Ermənistanın geri dönüşü olmayan yola çıxdığını göstərir. Brüssel görüşü ilə bağlı verilən şərhlər onu göstərir ki, həm Kremldə, həm Rusiya xüsusi xidmət orqanlarında, eləcə də Müdafiə Nazirliyində bu cür görüşlərin keçirilməsi çox mənfi qiymətləndirilir. Ermənistan bugünkü Suriyaya çevrilə bilər”, - deyə Korotçenko bildirib.
Daha ətraflı videoda:
Bizim.Media