Bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistandakı mənbələrə istinadən məlumat yayılıb.
Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçiləri tərəfindən sərhəddə belə fəallıq müşahidə olunmayıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media