“Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistandan keçərək Türkiyəyə getməlidir”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərarını prioritet hesab edirlər və buna əsasən regionun infrastrukturlarının açılmasına da önəm verirlər.
Paşinyan əlavə edib ki, Gürcüstandan Ermənistana və İrana gedən dəmir yolu üçün ən optimal marşrut Naxçıvandan keçir:
“Bu dəmir yolu sovet dövründə mövcud olub. Həmçinin Xəzər dənizini Ermənistan ərazisi ilə Aralıq dənizinə birləşdirəcək Şərq-Qərb qanadı, habelə Qara dənizdəki Türkiyə limanları var. Bunun üçün Azərbaycandan Ermənistana keçən dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Türkiyəyə çatmalıdır. Biz belə qərarlara hazırıq”.
“Eyni zamanda, bu yolun infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə üçün də istifadə oluna bilər. Sözügedən “sülh kəsişməsi” layihəsində bütün bu infrastrukturların işləməsi üçün biz məlum prinsipləri müəyyən etmişik" – deyə, Paşinyan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:36 / 26.03.2024
Paşinyan: “Azərbaycandan yollar Ermənistandan keçərək Türkiyəyə getməlidir”
Hazırda oxunan: Paşinyan: “Azərbaycandan yollar Ermənistandan keçərək Türkiyəyə getməlidir”
Hazırda oxunan: Paşinyan: “Azərbaycandan yollar Ermənistandan keçərək Türkiyəyə getməlidir”
184248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.