Moskvadakı hücumda həlak olan Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil – RƏSMİ 

Moskvadakı hücumda həlak olan Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil – RƏSMİ 

Hazırda oxunan: Moskvadakı hücumda həlak olan Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil – RƏSMİ 

183877

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib. 

Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.
Xatırladaq ki, daha sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 143 adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO