Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı çağırışına sərt reaksiya verib.
Sfera.az xəbər verir ki, Ukrayna rəsmisi bu barədə öz sosial şəbəkə hesabında qeyd edib.
"Rusiyanı alçaltmamaq çağırışları yalnız Fransanı və buna çağıran hər bir ölkəni aşağılaya bilər. Çünki özünü alçaldan Rusiyadır. Hamımız Rusiyanı öz yerinə necə oturdacağımıza fokslanmalıyıq. Bu, sülh gətirəcək və həyatları xilas edəcək" - Kuleba bildirib.
Xatırladaq ki, Emmanuel Makron müsahibəsində Rusiyanın alçaldılmasına qarşı olduğunu bildirib. O, bunu Ukraynada döyüşlər dayandırıldıqdan sonra diplomatik həll yolunun tapılması ilə əlaqələndirib.
Vəsilə İbrahim,
Sfera.az