Al Jazeera: “Azərbaycan sonadək gedəcək!”

Al Jazeera: “Azərbaycan sonadək gedəcək!”

Hazırda oxunan: Al Jazeera: “Azərbaycan sonadək gedəcək!”

1833

 “Al Jazeera” kanalı Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan-Ermənistan münasibətlərindən reportaj yayımlayıb.

Bizim.Media xəbər verir ki, reportajda Dağlıq Qarabağ münaqişəsinin 30 ildən artıq müddətdir ki, postsovet məkanının iki respublikası arasında davam etdiyindən, Azərbaycan tərəfinin mübarizə aparıb öz torpaqlarını işğaldan azad etmək əzmindən bəhs edilir.

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir, lakin 1994-cü ildə orada müharibə dayanandan bəri Ermənistanın dəstək olduğu etnik ermənilərin nəzarəti altındadır. Döyüşlər sentyabrın 27-dən yenidən alovlanıb...” deyə materialda qeyd olunur.

Reportajda həmçinin Prezident İlham Əliyevin, erməni qüvvələrinin Dağlıq Qarabağdan və ətrafdakı yeddi bölgədən çəkilməsinə dair razılaşması ilə nəticələnməyəcəyi təqdirdə ölkəsinin qüvvələrinin "sona qədər gedəcəyi" qeyd olunub.

“Al Jazeera” son döyüşlərin regionda və dünyada doğurduğu rezonansdan da bəhs edib.

Azərbaycan ordusunun peşəkarlığı, yeni hərbi taktikası və rəaşadəti əks olunub. Həmçinin Türkiyənin postsovet məkanında artan nüfuzu, Ermənistanın Rusiyadan yardım istəməsinə “yüngül rədd” cavabı da qeyd olunub. 

Eləcə də, reportajda İlham Əliyevin Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə Bakı görüşündə Ermənistanın Rusiyadan kömək istəməsinin əsassız olması barədə söylədikləri də var.

“Al Jazeera” Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin cümə günü Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə bir gün davam edən danışıqlarına da yer ayırıb. 

“Cümə axşamı Dağlıq Qarabağın lideri bəyanat vermişdi ki, Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir”, - deyə kanal bildirir.

Reportaj müxtəlif xəbər agentliklərinə istinadən hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO