Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçı Bakıya yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat tvitter səhifəsində paylaşım edib.
C.Bağçı qeyd edib ki, yeni vəzifənin icrası üçün Azərbaycana gəlir.
“Allah bütün görəcəyimiz işlərdə düzgün addımlamağı, yolumuzu və işimizi xeyirli, bərəkətli və asan etsin, gücümüzü artırsın və köməyimiz olsun”, - diplomat vurğulayıb.
Bizim.Media
Yeni bir vazife için seferdeyiz. Allah girişeceğimiz her işe doğrulukla girmeyi nasip etsin, yolumuzu ve işimizi hayırlı, bereketli ve kolay kılsın, gücümüzü artırsın ve yardımcımız olsun. ????? #CanAzerbaycan pic.twitter.com/HyLiKAxFgJ
— Doç.Dr. Cahit Bağcı (@CahitBagci) April 19, 2021