“Sizinlə birgə çalışmağı arzu edirəm” - Bayden

“Sizinlə birgə çalışmağı arzu edirəm” - Bayden

Hazırda oxunan: “Sizinlə birgə çalışmağı arzu edirəm” - Bayden

182840

ABŞ preidenti Co Bayden Prezident İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm.

Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm.

Novruz bayramınız mübarək!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO