Baş nazir: “Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir”

Baş nazir: “Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir”

Hazırda oxunan: Baş nazir: “Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir”

182782

Milli Məclisdə hökumətin hesabatı zamanı Baş nazir Əli Əsədov deputatların sorğularını cavablandırıb.

Bizim.Media xəbər verir ki, Baş nazir deyib ki, ötən il deputatlar tərəfindən qaldırılmış məsələlərin bir hissəsi həllini tapıb, bir hissəsinin həllinə başlanılıb və işlər davam edir.

Əli Əsədov bu kateqoriyadan olan görülmüş işləri də vurğuladıqlarına görə deputatlara təşəkkür edib:

“Yerdə qalan işlər də mərhələlərlə görüləcək. Məsələn, qəzalı binalar FHN-in rəsmi arayışı ilə 3 kateqoriyaya bölünüb və ən çətin vəziyyətdə olanlar birinci mərhələdə həll olunur.

Sumqayıtda və Mingəçevirdəki ən çox qəzalı vəziyyətdə olan yataqxanaların sakinləri artıq köçürülüb. Yeni yataqxanaların tikilməsi də planda var. Bütövlükdə ölkə üzrə 660 məktəbin təmirinə ehtiyac var. Onlar da Təhsil və Fövqəladə Hallar nazirlikləri ilə müzakirə olunaraq mərhələlərlə həll olunacaq.
Eyni mərhələli yanaşma bütün infrastruktur məsələlərinə-qazlaşdırma, elektrik təminatı, yol və s. də aiddir. Mən söz vermirəm ki, deputatların qaldırdıqları bütün məsələlərin hamısı 1 ildə həll olunacaq. Ancaq bütün burada qaldırılan məsələlər hökumətin gündəlik fəaliyyətinin predmetidir və mərhələlərlə, ən zəruri işlər önə çəkilməklə görülür”.

Baş nazir vurğulayıb ki, Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir. Baş nazir əlavə edib ki, azad olunmuş ərazilərin bərpası, müdafiə və milli təhlükəsizlik əsas prioritetlərdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO