İşğaldan azad edilən Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə Azərbaycan mətbuatına müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Tokayev Azərbaycan mətbuatına müsahibə verdi: “Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək”
"2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək", - Tokayev qeyd edib.
Bizim.Media