xa0“Baku Business Factory”x9dnin (BBF) rezidentlərindən olan “Eventwex”x9d (Elektron Bilet Sistemi ”“ Event Web Express) layihəsinin müəllifləri mayın 8-dən iyunun 2-dək Almaniyada səfərdə olublar.xa0
Bu barədə "Report"a layihənin müəllifi və baş icraçı direktoru (Founder and CEO) Pərvin Əmirov deyib.
P.Əmirovun sözlərinə görə, səfər Bakı Biznes Tədris Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən təşkil edilib:xa0“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı”x9d çərçivəsində sahibkarların və menecerlərin 2017-ci ildə Almaniyada iqtisadi korporasiya üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədi ilə keçirilən müsabiqəyə dəvət olunduq. Səfər çərçivəsində Almaniya hökuməti bizim oradakı potensial müştərilər, potensial tərəfdaşlar iləxa0əlaqə yaratmağımız üçün şərait yaratdı. Məsələn, biz Münhendəydik, amma potensial müştərilərimiz Berlin, Frankfurt və başqa şəhərlərdə idi. Ora gedib gəlmək, qalmaq üçün bütün xərcləri GIZ öz üzərinə götürmüşdü. Bizə yaratdıqları şəraitə görə, GIZ-ə təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil edilmişdi. Həmçinin BBF və Bakı Tədris Mərkəzində bu layihənin kuratoru olan Məlahət xanıma da təşəkkür edirəm. Bu layihə ilə bağlı Azərbaycandan 18 şirkət nümayəndəsi var idi ki, onların sırasında biz də var idik. Səfərdə üstünlüyümüz o oldu ki, biz Almaniya bazarı haqqında məlumat topladıq və artıq qərar da verdik ki, orda şirkət qeydiyyata aldıraq və Avropa bazarına çıxaq”x9d.
“Eventwex”x9din yaradıcısı layihənin 2013-cü ildən icra edildiyini və hazırda Azərbaycanda bir sıra qurumlarla əməkdaşlıq etdiklərini də açıqlayıb: “Eventwex”x9d 7-8 proqram təminatını özündə birləşdirən bir sistemdir. Elektron Bilet Sistemi biletin yaradılması, biletin satışı və biletin yoxlanılması kimi bütün mərhələləri özündə birləşdirən universal həlldir. Bir neçə yolla “Eventwex”x9d üzərindən bilet sifariş vermək olar. Bunlara, internet üzərindən, “mobile application”x9d, “facebook”x9d səhifəsi və elektron ödəmə köşkləri və kassalar daxildir. Biletlərin yoxlanılması mobil tətbiqetmə, adi əl skaynerləri, turniketlərə bərkidilmiş skaynerlər və komyüterlərin veb kameraları ilə mümkündür. Hazırda müştərilərimiz sırasındaxa0Heydər Əliyevxa0Mərkəzi, Qala Etnoqrafiya Muzeyi, Marionette Teatrının vəxa0kassir.azxa0saytının adı yer alıb. Baku Jazz və Jara festivallarını da biz həyata keçirmişik”x9d.
P.Əmirov deyib ki, müştərilərə təqdim etdikləri sistem üzərindən bu günə qədər 1 mln. ədəddən çox bilet satılıb: “Çox sevindirici haldır ki, bu günə qədər bizim sistem üzərindən 1 mln.dan çox bilet satılıb. Təxminən orta hesabla günə 2500-3000 bilet satılıb. Sistemin təhlükəsizliyi isə çox yüksək səviyyədə təşkil edilib. Biz elektron ödənişlərə görə, “Millikart”x9d və “Azərikart”x9d prosessinq mərkəzlərinin qoyduğu tələblərə əməl edirik. Burada həmçinin “Vısa”x9d və “Mastercard”x9dın da təhlükəsizlik tələblərinə əməl edirik”x9d.
“Eventwex”x9d rəsmisi deyib ki, sistemin maksimum işləmə qabiliyyətini yoxlamaq üçün “stress-test”x9dlər keçirilib: “Hazırda bizim rəqibimiz yoxdur. Amma bizim müştərilərimizin rəqibləri var. Sitemi “stress-test”x9d etdik və sizə deyim ki, “Eventwex”x9d vasitəsilə eyni vaxtda 5 Olimpiya Oyunlarının biletinin satışını təşkil etmək olar. Bu isə təqribən 5-10 mln. arası bilet deməkdir”x9d.
P.Əmirov yeniliklər haqqında danışarkən müştərilərə promokodların verilməsinin də mümkün olduğunu deyib: “İndiki mərhələdə biz motivasiya xarakterli işlər üzərində çalışırıq. Xüsusən də promokodların üzərində iş gedir. Tədbir təşkilatçısı hansısa tədbirə promokod hazırlaya bilər və müştəriyə təqdim edə bilər. Hazırda bu tipli 80-dən çox yenilik masamızın üzərindədir və onların reallaşması ilə məşğuluq”x9d.






























































































