Yunanıstanın Baş naziri dövlətimizin başçısını TƏBRİK ETDİ

Yunanıstanın Baş naziri dövlətimizin başçısını TƏBRİK ETDİ

Hazırda oxunan: Yunanıstanın Baş naziri dövlətimizin başçısını TƏBRİK ETDİ

180670

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident.

Prezident seçkilərindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm. Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə digər sahələrdə də genişlənəcəkdir.
Mən sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və mehriban qonşuluq münasibətləri istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.

Hörmətli Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO