ABŞ-dan III Dünya Savaşı XƏBƏRDARLIĞI – “Elə cəsarətlidirlərsə...”

ABŞ-dan III Dünya Savaşı XƏBƏRDARLIĞI – “Elə cəsarətlidirlərsə...”

Hazırda oxunan: ABŞ-dan III Dünya Savaşı XƏBƏRDARLIĞI – “Elə cəsarətlidirlərsə...”

180616

Ukrayna savaşı deyəsən artıq sözün həqiqi mənasında Qərblə Rusiya arasında birbaşa hərbi toqquşma səviyyəsinə doğru irəliləyir. Bir sıra Qərb liderlərinin son günlər verdikləri açıqlamalar belə qənaətə gəlməyə əsas verir. Belə ki, Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələr zamanı Rusiya ilə hərbi toqquşmanı istisna etmədiyini deyib. 

“Əgər müharibədə Ukrayna uduzsa, NATO Rusiya ilə müharibəyə getməli olacaq”, - deyə Ostin qeyd edib.

Ondan əvvəl isə Fransa Prezidenti Emmanuel Makron NATO-nun Ukraynaya qoşun göndərilməsi məsələsini ortaya atmışdı. 

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında Pentaqon rəhbərinin Rusiya ilə müharibə başlatmaq barədə bəyanatını şərh edərkən Vaşinqtonu təcavüzkar adlandırıb. 

"Bu, Rusiya üçün birbaşa təhdiddir, yoxsa Zelenski üçün bəhanə tapmaq cəhdidir? Hər ikisi dəlidir. Amma artıq hamı görür ki, təcavüzkar kimdir - Vaşinqton", - deyə Rusiya XİN rəsmisi bildirib. 

Görünən odur ki, Ukrayna savaşı ətrafında Qərblə Rusiya arasında qarşıdurma artıq pik nöqtəyə çatır. Tərəflərdən heç biri geri çəkilmək, məğlubiyyətlə barışmaq istəmir. Çünki tərəflərdən hansısa birinin məğlubiyyəti onun dünya hökmranlığında sonu demək olacaq. 

Belə vəziyyətdə, səslənən son açıqlamalar növbəti dünya savaşına rəvac verə bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ostinin bəyanatını qeyri-ciddi bəyanat kimi dəyərləndirib. Həmsöhbətimizin fikrincə, 3-cü Dünya Müharibəsi təhlükəsi yoxdur:

“ABŞ-ın müdafiə nazirinin nədən belə bəyanat verdiyi mənə aydın deyil. Çünki hamı bilir ki, NATO heç vaxt Rusiyaya qarşı birbaşa əməliyyata başlamayacaq. Bunu görünür, bir Ostin bilmir. Elə cəsarətlidirlərsə, Ukraynaya vaxtında lazım olan silahları verərdilər.

Niyə indiyə kimi, F-16-lar, uzaq mənzilli raketlər verilmir? 

Hərbi gücə görə ilk onluqda yer olan dövlətlərin böyük əksəriyyəti Qərb ölkələridir. İqtisadi potensial baxımından da onların gücü daha çoxdur. Ancaq Ukrayna görün nə vəziyyətdədir. Mərmilərə qənaət edirlər ki, mümkün qədər uzun müddət işlədə bilsinlər. NATO-nun ciddi fikri vardısa, vaxtında kömək etməli idi. 2022-ci ilin yayında Kiyev işğal olunmuş 78 min kvadrat kilometrlik ərazini azad etdi. 2023-cü ildə isə hardasa cəmi 200 kv.km ərazi azad edilib. 
Son günlər isə Rusiya əks-hücuma keçir. 

Bu da ona görə baş verir ki, Qərb Ukraynaya əvvəlki tək silah vermir. Ukraynanın ehtiyacı olan “Patriotların hardasa 20 faizini veriblər. Reallıq odur ki, Qərb Rusiyadan qorxur. Başa düşür ki, Ukrayna təşəbbüsü ələ alsa, Rusiya mütləq mənada taktiki nüvə silahlarından istifadə edəcək. bu isə son nəticədə daha ciddi nüvə qarşıdurmasına gətirib çıxara bilər. 

Bu səbəbdən Ukraynaya elə yardım edirlər ki, Rusiyanın qarşısında dayana bilsin, ancaq irəli gedə bilməzin. ABŞ seçkilərə gedir ki, burada da Trampın qalib gəlmə şansı daha çoxdur.
Hesab edirəm ki, Ostinin bəyanatı qeyri-ciddi bəyanatdır. Ən kiçik addımları atmağa cəsarət etməyən Qərb Rusiyaya qarşı müharibəyə başlamaqdan çəkinəcək. Bu heç vaxt baş verməyəcək. Ona görə də Üçüncü Dünya Müharibəsi təhlükəsi də yoxdur”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO