İraq Respublikasının sabiq Baş naziri, İslami Dəvət Partiyasının baş katibi Nuri Kamal Əl-Maliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
"Möhtərəm cənab Prezident.
Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasında müştərək maraqların həyata keçirilməsi naminə xalqlarımızın münasibətlərinin möhkəmlənməsini və İslami Dəvət Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafını arzu edirəm.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".
Bizim.Media
![İraqın sabiq Baş naziri ölkəmizin başçısını TƏBRİK ETDİ İraqın sabiq Baş naziri ölkəmizin başçısını TƏBRİK ETDİ](https://bizim.media/file/articles/2024/03/01/1709237127_1b7acdda504919dc5fb6e3e7fa417ada.jpg)
- A-
- A
- A+
Siyasət
07:29 / 01.03.2024
İraqın sabiq Baş naziri ölkəmizin başçısını TƏBRİK ETDİ
Hazırda oxunan: İraqın sabiq Baş naziri ölkəmizin başçısını TƏBRİK ETDİ
Hazırda oxunan: İraqın sabiq Baş naziri ölkəmizin başçısını TƏBRİK ETDİ
180560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.