Tailandın Kralı İlham Əliyevi TƏBRİK ETDİ 

Tailandın Kralı İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: Tailandın Kralı İlham Əliyevi TƏBRİK ETDİ 

179567

Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri. 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Tailand xalqı adından Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm. 

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizə və siyasətinizə xalqınızın etimadının bariz təsdiqidir.
Biz ölkələrimiz arasında dostluq münasibətlərini və sıx əməkdaşlığı yüksək qiymətləndiririk. Əminəm ki, Zati-alinizin dəstəyi ilə qarşıdakı illərdə Tailand-Azərbaycan dostluq münasibətləri və əməkdaşlığı daha da möhkəmlənəcəkdir". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO