Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı Anıtqəbiri və Heydər Əliyevin abidəsini ziyarət edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Atatürkün məqbərəsini ziyarət etdi - FOTO/VİDEO
Prezident İlham Əliyev Anıtqəbirdə xatirə dəftərinə bu sözlərini yazıb:
“Türk dünyasının böyük oğlu, istedadlı sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ən səmimi hörmət və ehtiramla yad edirəm. Ulu öndər Mustafa Kamal Atatürk ən möhtəşəm əsəri olan Türkiyə Cümhuriyyətini yüz il əvvəl qurmaqla adını dünya tarixinin səhifələrinə və xalqının qəlbinə qızıl hərflərlə əbədi olaraq yazmışdır.
Qardaş Azərbaycanın prezidenti kimi mən Mustafa Kamal Atatürkün qurucusu olduğu dövlətin bugünkü inkişaf səviyyəsini, rifahını və qüdrətini, qlobal dünyadakı nüfuzunu görməkdən xüsusi qürur duyuram.
Xalqlarımızın ən böyük sərvəti olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığı, birlik və həmrəyliyini qorumaq və gələcək nəsillərə hədiyyə etmək, strateji müttəfiqliyimizi hər istiqamətdə inkişaf etdirmək və gücləndirmək hər iki ölkənin qarşısında duran ən ali vəzifədir.
Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri bilən böyük şəxsiyyət Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Ruhu şad olsun”.
Bizim.Media