AK rəsmisi: “COP29 Azərbaycanla Aİ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır”

AK rəsmisi: “COP29 Azərbaycanla Aİ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır”

Hazırda oxunan: AK rəsmisi: “COP29 Azərbaycanla Aİ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır”

178658

“Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi məmnunluq doğurur”.

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviç Münxendə Prezident İlham Əliyev ilə görüşündə deyib.

O, Azərbaycanın pan-Avropa enerji təchizatçısı olduğunu yüksək qiymətləndirib. Tezliklə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirən Maroş Şevçoviç COP29-un Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırıb.
O, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un sessiyasının əsas gündəliyinin çox vacib mövzulardan birinin iqlim maliyyələşdirilməsi olacağını deyərək, Avropa İttifaqının da iqlim dəyişikliyi üzrə proseslərdə yaxından iştirak edən tərəfdaş kimi Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO