İlham Əliyev: “Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir”

İlham Əliyev: “Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir”

Hazırda oxunan: İlham Əliyev: “Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir”

178170

“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin andiçmə mərasimi – CANLI 


“Bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir.

Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO