Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.
Bizim.Media Milli Məclisə istinadla xəbər verir ki, nümayəndə heyətinə deputatlardan Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə, Mixail Zabelin, Emin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Sessiya çərçivəsində MDB PA-nın Şura, 52-ci plenar və daimi komissiyalarının iclasları olacaq.
Plenar iclasda isə “Pandemiya dövründə miqrasiya proseslərinin hüquqi tənzimlənməsi və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinin bu prosesdə rolu” mövzusunda müzakirələr aparılacaq.
Səfər aprelin 16-da başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:51 / 14.04.2021
Sankt-Peterburqda mühüm müzakirə - Milli Məclisin spikeri Rusiyaya gedir
Hazırda oxunan: Sankt-Peterburqda mühüm müzakirə - Milli Məclisin spikeri Rusiyaya gedir
Hazırda oxunan: Sankt-Peterburqda mühüm müzakirə - Milli Məclisin spikeri Rusiyaya gedir
17790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.