Çərkəz Respublikasının başçısı İlham Əliyevə təbrik məktubu GÖNDƏRİB

Çərkəz Respublikasının başçısı İlham Əliyevə təbrik məktubu GÖNDƏRİB

Hazırda oxunan: Çərkəz Respublikasının başçısı İlham Əliyevə təbrik məktubu GÖNDƏRİB

177591

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz xalqınızın həqiqi lideri, müdrik rəhbərsiniz. Müasir və dinamik inkişaf edən Azərbaycanın uğurları haqlı olaraq Sizin adınızla əlaqələndirilir.

Əminəm ki, Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı gələcəkdə də möhkəmlənəcək və respublikalarımızın sosial-iqtisadi inkişafına imkan yaradacaq, xalqlarımızın maraqlarına xidmət edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yeni-yeni uğurlar, səadət, möhkəm cansağlığı, doğmalarınıza və yaxınlarınıza əmin-amanlıq arzulayıram”.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO