"Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür" - Prezident 

Hazırda oxunan: "Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür" - Prezident 

17729

"Müharibədən sonra yalnız bir Avropa İttifaqı ölkəsinin xarici işlər naziri Azərbaycanla bağlı yersiz açıqlama verib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının yalnız bir üzv dövləti – Lüksemburq müharibə dövründə və ondan sonra Azərbaycana qarşı tənqidlə çıxış edib:

“Bütün bunlar bütövlükdə Aİ-yə münasibətdə dəyişikliklər yaradır. Müharibədən sonra Azərbaycanla bağlı yersiz açıqlamalar verən yalnız bir ölkə var idi. Ancaq səssizliyimizi qoruduq, yalnız Xarici İşlər Nazirliyimiz cavab verdi”, – o deyib.

Müqayisə üçün Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın azad etdiyi ərazilər Lüksemburqun özündən dörd dəfə böyükdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO