Böyük Quruluş Partiyası növbədənkənar prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
“07.02.2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Böyük Quruluş Partiyası partiyanın sədri Fazil Mustafanın namizədliyi ilə təmsil olunub. Seçki öncəsi imzaların toplanması prosesinə aktiv şəkildə qatılan partiya fəalları MSK tərəfindən müəyyən ediləndən daha çox sayda vətəndaş imzaları toplayaraq aidiyyəti üzrə təhvil verib və Fazil Mustafanın namizədliyinin qeydə alınmasına nail olub. Partiyanın vahid namizədi Fazil Mustafanın təbliğat-təşviqat prosesi də aktiv şəkildə qurulmuş və maneəsiz şəkildə ölkənin müxtəlif regionlarında fərdi və kollketiv şəkildə seçicilərlə görüşləri keçirilib.
Bu görüşlərdən əlavə mətbuat, televiziya, radio, internet televiziyaları və saytlar, sosial şəbəkələr və canlı təmaslarla aparılan təbliğat-təşviqat işi məhsuldar şəkildə başa çatdırılıb.
Prezidentliyə namizəd Fazil Mustafa və onun vəkili, səlahiyyətli nümayəndələri, partiyamızın aktiv üzvləri tərəfindən keçirilən görüşlərdə və təbliğat işlərində minlərlə vətəndaşla təmas qurulmuş, onların problemləri dinlənilmiş və namizəd tərəfindən canlı debatlarda, sosial şəbəkələrdə vətəndaaş müraciətlərindəki problemlər ictimailəşdirilib.
Seçkidən əvvəlki prosesdə Böyük Quruluş Partiyasının sədri, Prezidentliyə namizəd Fazil Mustafanın aktiv təbliğat işinə dövlət qurumları tərəfindən hansısa maneə yaradılmamış və təzyiqlər göstərilməyib.
Böyük Quruluş Partiyası seçkini yüzlərlə müşahidəçi ilə canlı müşahidə etmiş, həmçinin veb-kameralar quraşdırılmış məntəqələr partiyamızın üzvləri tərəfindən davamlı izlənilmiş və müşahidəçilərin gün ərzində verdiyi məlumatlar namizədimiz Fazil Mustafanın Seçki qərargahında analiz edilmişdir. Müşahidə apardığımız 6 mindən çox məntəqədə və ölkənin bütün seçki dairələrində seçkinin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntuları tərəfimizdən qeydə alınmayıb. Lakin çox az sayda seçki məntəqələrində müşahidəçilər arasında konfliktlərə, korlanmış seçki bülletenlərinin seçicilər tərəfindən dəyişdirilməsi tələbi ilə baş verən mübahisələrə və MnSK protokolunun surətinin müşahidəçilərə gec təqdim edilməsi hallarına rast gəlinib. Bu kimi halların seçkinin nəticələrinə təsir etmədiyi qənaətinə gələn Partiyanın seçki qərargahının üzvləri seçki prosesini ümumilikdə müsbət və qanunauyğun xarakterizə edib.
Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu Prezident seçkiləri demokratik rəqabət mühitində keçirilib və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıb.
Biz, Böyük Quruluş Partiyasının sədri prezidentliyə namizəd Fazil Mustafanın seçki qərargahı olaraq bu Prezident seçkilərinin ilkin nəticələrini tanıyır, səsvermənin ilkin nəticəsini qanuni hesab edir və Azərbaycan xalqının böyük etimadını qazanaraq Prezident seçilən İlham Əliyevi qələbə münasibətilə təbrik edirik.
İnanırıq ki, xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini qısa zamanda göstərəcək”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:08 / 08.02.2024
Fazil Mustafanın partiyasından TƏBRİK: “Xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini göstərəcək”
Hazırda oxunan: Fazil Mustafanın partiyasından TƏBRİK: “Xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini göstərəcək”
Hazırda oxunan: Fazil Mustafanın partiyasından TƏBRİK: “Xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini göstərəcək”
177124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.