““Exit Poll”un nəticələri göstərir ki, seçicilərin böyük əksəriyyəti səsini İlham Əliyevə verib”.
Bizim.Media xəbər verir ki, bunu Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru Natalya İsayeva prezident seçkilərinin ilkin nəticələrinə dair keçirilən brifinqdə bildirib.
“Cinsi, yaş qrupu və kimə səs verəcəkləri ilə bağlı seçicilər arasında exit poll keçirdik. “Exit Poll” 25 dairədə 125 seçki məntəqəsində keçirilib. “Exit Poll” iştirakçılarının 24 faiz Bakı, 7,9 faiz digər böyük şəhərlər və 23,8 faiz kiçik şəhər və qəsəbə, 44,3 faizi isə kənd sakinləri idi.
Respondentlərin 35 faizi 18-35 yaş arası, 38,9 faizi 36-55 yaş arası, 23 faizdən çoxu 56 yaşdan yuxarı idi. Nəticələr aşağıdakı kimidir:
İlham Əliyev 92,4 %
Fuad Əliyev 0,4 %
Qüdrət Həsənquliyev 1,6%
Elşad Musayev 0,8%
Fazil Mustafa 2%
Razi Nurullayev 0,6%
Zahid Oruc 2,2%” – deyə o qeyd edib.
Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:11 / 07.02.2024
STM: "İlham Əliyev seçicilərin 92.4 faizinin səsini qazanıb"
Hazırda oxunan: STM: "İlham Əliyev seçicilərin 92.4 faizinin səsini qazanıb"
Hazırda oxunan: STM: "İlham Əliyev seçicilərin 92.4 faizinin səsini qazanıb"
177067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.