“Biz ailə üzvlərini itirənlərin və öz torpaqlarında yaşamaq kimi əsas hüququndan məhrum olanların xatirəsini unuda bilmərik”.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış:
Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
''Müharibədən sonrakı vəziyyət çox kövrəkdir'' - İlham Əliyev
Dövlət başçısı deyib ki, biz erməni ordusunun törətdiyi vəhşilikləri unuda bilmərik:
''Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi liderləri tərəfindən təşkil edilmiş Xocalı soyqırımını və Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik və heç vaxt da unutmayacağıq. Bu xatirənin bizimlə olmağı vacibdir və biz onu ürəyimizdə saxlayacağıq''.
Bizim.Media